04
Noyabr

4 Noyabr

İranın Ali Rəhbərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamasını yüksək qiymətləndiririk

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən açıqlamanı və Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyi yüksək qiymətləndiririk.

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad olunmalıdır və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır”, - deyən Ali Rəhbər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İran İslam Respublikasının qəti dəstəyini növbəti dəfə bəyan edib.

Dost İran dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin...

04
Noyabr

4 Noyabr

Leyla Abdullayeva: Ermənistan prezidenti RBK kanalına müsahibəsində faktları təhrif edib

Ermənistan prezidenti Rusiyanın RBK televiziya kanalına müsahibəsində faktları təhrif edib.

O, Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafik və iqtisadi vəziyyəti barədə yalan danışıb. Ermənistan prezidenti 1980-ci illərin sonlarında 1 milyondan çox erməninin Azərbaycanı tərk etdiyini söyləyib. Fakt isə budur ki, 1989-cu il siyahıyaalmasına görə 390 min 505 erməni yaşayıb.

04
Noyabr

4 Noyabr

Ceyhun Bayramov: Ermənistanın açıq-aydın müharibə cinayəti olan əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanmalıdır

Ötən illər ərzində təşkilatda üzvlük Azərbaycanda insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətin gücləndirilməsinə töhfə verib və biz bu vacib işi davam etdirməyə hazırıq.

Avropa Şurasına üzv olarkən Azərbaycan və Ermənistan Dağlıq-Qarabağ münaqişəsinin həlli üzrə birgə öhdəlik götürüb. Bu münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin qeyri-qanuni işğalı və 1 milyona yaxın Azərbaycan vətəndaşının...