Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Ermənilər saxta telefon zəngləri ilə əhali arasında təşviş yaratmağa cəhd edir
Ermənistanın informasiya müharibəsində növbəti təxribat cəhdi qeydə alınıb. Belə ki, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur. Məqsəd hər zaman olduğu kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlarımızın nəzərinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.