04
Oktyabr

4 Oktyabr

Düşmənə növbəti xəbərdarlıq!

Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.

Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.

Düşmənin növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək.

04
Oktyabr

4 Oktyabr

Hazırda düşmən kəndlərimizi atəşə tutur

Ermənistan silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhərini və Füzuli rayonunun Horadiz şəhərini raket atəşinə tutur.

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülür.

04
Oktyabr

4 Oktyabr

Kəndlərimiz raket və artilleriya atəşinə tutulur

Düşmən tərəfindən Ermənistan ərazisindən Füzuli rayonunun ərazisi raket atəşinə, işğal altında olan ərazilərimizdən isə Ağdam və Tərtər rayonlarının kəndləri artilleriya atəşinə tutulur.

04
Oktyabr

4 Oktyabr

Düşmən Gəncəni atəşə tutub

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri atəşə tutulub.Qeyd edək ki, Azərbaycan Ordusu ilə üz-üzə gəlməyə cürət etməyən düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur.

04
Oktyabr

4 Oktyabr

Düşmənə qarşı cəza tədbirləri görülür

Dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan düşmənə qarşı Azərbaycan Ordusu tərəfindən cəza tədbirləri görülür. Təqdim edilən növbəti videoda düşmənin hərbi texnikalarının bölmələrimizin sarsıdıcı zərbələri nəticəsində sıradan çıxarılması görüntüləri yer alıb.

04
Oktyabr

4 Oktyabr

Müdafiə nazirinin BƏYANATI

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov: "Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir"

04
Oktyabr

4 Oktyabr

Ermənistan təbliğatı yalan danışır

Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır.

Düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.

04
Oktyabr

4 Oktyabr

Düşmənin zirehli texnikaları, atəş-dəstək və təminat vasitələri məhv edilib

Ermənistan ordusunun zirehli texnikaları, atəş-dəstək və təminat vasitələri məhv edilib.

Nazirliyin mətbuat xidmətinin paylaşdığı videoda bölmələrimizin düşmənə sarsıdıcı zərbələr vurmasına dair görüntülər təqdim olunub.

04
Oktyabr

4 Oktyabr

Yaşayış məntəqələrimiz yenidən atəşə tutulur

Hazırda düşmən tərəfindən Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çiraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutulur, yaralanan var.

04
Oktyabr

4 Oktyabr

Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan ərazilərimizdə yaşayan dinc əhaliyə müraciət etdi

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan ölkəmizin erməni vətəndaşlarına müraciət edərək bildirir ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır.

Azərbaycan Ordusunun hədəfi işğal olunmuş ərazilərimizdəki atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastrukturdur. Bununla əlaqədar bu ərazilərdə məskunlaşan mülki əhalini döyüşlər gedən...

04
Oktyabr

4 Oktyabr

Azərbaycan Ordusunun şəxsi heyəti humanitar hüquq normalarına riayət edir

Azərbaycan Ordusunun hərbi qulluqçuları döyüş əməliyyatları aparılan ərazilərdə “Beynəlxalq silahlı münaqişə tərəflərinin hörmət etməli olduqları beynəlxalq humanitar hüquq normalarına dair Memorandum”un tələblərinə uyğun fəaliyyət göstərir.

Hərbçilərimiz hərbi əməliyyatlarda iştirak etməyən şəxslərin mühafizəsini təşkil etmək, onlara tibbi və digər yardım göstərmək, eləcə də itkin düşmüş və vəfat etmiş şəxslərlə davranış qaydalarına riayət etmək bacarığına malikdirlər.

04
Oktyabr

4 Oktyabr

Düşmən Mingəçevir və Tərtəri atəşə tutub

Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib, yaralananlar var.