02
Noyabr

2 Noyabr

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

Noyabrın 2-nə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

02
Noyabr

2 Noyabr

Düşmən cəbhənin Zəngilan istiqamətində mövqelərimizə hücum etməyə cəhd göstərib

Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

Düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.

Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb.

02
Noyabr

2 Noyabr

Müdafiə Nazirliyi: Düşmənin guya cəbhənin bəzi sahələrində öz mövqelərini irəli çəkməsi barədə məlumat dezinformasiyadır

Bu gün Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan Ordusunun bir qrup hərbçisinin “məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır.

Buna bənzər məlumatlar erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü, ümumilikdə isə xaos və özbaşınalığı qismən də olsa aradan qaldırılmasına...

02
Noyabr

2 Noyabr

Müdafiə Nazirliyi: Azərbaycanın guya döyüş təyyarəsinin vurulması barədə Ermənistanın yaydığı xəbər dezinformasiyadır

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır. Nə qədər gülməli səslənsə də Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir...

02
Noyabr

2 Noyabr

Anar Eyvazov: Ordumuz havada və quruda əməliyyat şəraitinə tam nəzarət edir

Ötən sutka ərzində döyüş əməliyyatları cəbhənin əsasən Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində davam edib. Düşmən bölmələri Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Qazax, Tovuz və Daşkəsəndə, o cümlədən cəbhənin müxtəlif istiqamətlərində yerləşən mövqelərimizi, həmçinin Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndləri daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi atıcı silahlardan, raket və artilleriya vasitələrindən atəşə tutub.

Bu barədə Müdafiə...

02
Noyabr

2 Noyabr

Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutur

Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur.

Hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur.