Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi: Düşmənin guya cəbhənin bəzi sahələrində öz mövqelərini irəli çəkməsi barədə məlumat dezinformasiyadır
Bu gün Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan Ordusunun bir qrup hərbçisinin “məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır.
Buna bənzər məlumatlar erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü, ümumilikdə isə xaos və özbaşınalığı qismən də olsa aradan qaldırılmasına yönəlib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.