Xəbərlər
Mehriban Əliyeva: "Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm"
Oktyabrın 13-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir: “Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!”.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.