İnformasiya müharibəsi
Düşmənin yaydığı bu məlumatlar yalandır
Şanlı ordumuz ermənilərin təxribat və hücumlarına cavab olaraq, əks-hücum əməliyyatları həyata keçirir. İndiyədək bir sıra ərazilərimiz işğaldan azad edilib. Ciddi itkilər verən, döyüş meydanında uduzan və panikaya düşən ermənilər informasiya məkanında təxribatlara əl atmağa başlayıb. Vətəndaşlarımızdan xahiş olunur ki, belə məlumatlara inanmasınlar!
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.