Media
Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə söylədiyi fikirlər ərəb ölkələri KİV-lərinin diqqət mərkəzindədir.
Nüfuzlu “Aljazeera” və “Al Arabiya” telekanallarının reportajlarında, Qətərin “Gulf Times”, Səudiyyə Ərəbistanının “Arabnews”, Misirin “Almasryalyoum”, “Al Ahram”, İordaniyanın “Al Dustour”, Küveytin “Kuwait Times”, Bəhreynin “The Daily Tribune” qəzetlərində dərc edilmiş xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın törətdiyi müharibə cinayəti, növbəti hərbi təcavüzünün səbəbləri, ordumuzun düşmənə layiqli cavab verməsi barədə fikirləri yer alıb.