01
Noyabr

1 Noyabr

Cəbhə xəbərləri

Ermənistan ordusunun “onurğa sütunu” sayılan xüsusi təyinatlılar darmadağın edilib

Əldə edilən məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 022 saylı xüsusi təyinatlı hərbi hissəsi Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində darmadağın edilib.

Hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla 70 faizinin sıradan çıxdığı bildirilir. Hərbi hissənin sağ qalan hərbi qulluqçuları digər alayların kəşfiyyat bölmələrinə təyin edilib.

Xüsusi təyinatlıların belə ağır itkilər verməsi Ermənistan ordusunda böyük ruh düşkünlüyünə və təşvişə səbəb olub.

Qeyd edək ki, bu xüsusi təyinatlı hərbi hissənin komandiri, ölümündən sonra Ermənistanın milli qəhrəmanı ad verilən polkovnik Vaaqn Asatryandır. O, oktyabrın 13-də gedən döyüşlər zamanı məhv edilib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.