31
Oktyabr

31 Oktyabr

Cəbhədə son vəziyyət

Oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə...

31
Oktyabr

31 Oktyabr

Ermənistan ordusunun döyüş texnikası və canlı qüvvəsi məhv edilib

Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi sıradan çıxarılıb.

Düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin 3 tankı, 1 “Qrad” yaylım atəşli reaktiv sistemi, sursatla dolu 1 yük maşını, döyüş mövqeyində və qoşquda olan 3 topu, o cümlədən xeyli sayda canlı qüvvəsi məhv edilib.

31
Oktyabr

31 Oktyabr

Son iki gündə düşmən xeyli sayda döyüş texnikası və canlı qüvvə itirib

Cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrini və yaşayış məntəqələrini atəşə məruz qoyan Ermənistan silahlı qüvvələrinin fəaliyyətlərinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görülür. Bunun nəticəsində düşmənin xeyli sayda döyüş texnikası və canlı qüvvəsi sıradan çıxarılıb.

Qoşunlarımızın dəqiq atəş zərbələri nəticəsində Ermənistanın motoatıcı diviziyasının mövqelərinə yaxınlaşan döyüş texnikası məhv edilib və sıradan çıxarılıb. Bunun nəticəsində düşmənin müxtəlif təyinatlı 27 hərbi...

31
Oktyabr

31 Oktyabr

Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb

Oktyabrın 31-də günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib.

Məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib.

Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayıb. Həmin qrupun üzvlərinin ərazini tərk...