Zəfərin yolu
Noyabrın 1-i gün ərzində və 2-sinə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
Müdafiə olunan düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin silah, sursat,...
Ermənistan mətbuatı bu gün işğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən müxtəlif silahlardan atəşə tutulması ilə bağlı bir neçə dəfə həqiqətə uyğun olmayan məlumatlar yayıb.
“Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır”, - deyə nazirliyin məlumatında qeyd edilib.
Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Keçirilən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çapand, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir.