İnformasiya müharibəsi
Düşmənin Şuşa yalanı
Ermənistan hər gün yalan məlumatları tirajlamağa çalışır. Azərbaycan Müdafiə Nazirliyi növbəti dezinformasiyay cavab olaraq məlumat yaydı.
Qeyd edilir ki, Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər tamamilə həqiqətə uyğun deyil. Bildirilib ki, Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.