İnformasiya müharibəsi
Azərbaycana qarşı növbəti infotəxribatın qarşısı alınıb
Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya cəbhəsində də aktiv müharibə aparır. Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərdə əks-hücum əməliyyatlarına başlamasından sonra erməni lobbisinin təsiri altında olan dünyanın bəzi KİV-lərinin ölkəmizə qarşı hücumlarının şahidi oluruq. Təəssüf olsun bəzi məşhur saytlar da yanlış xətti tuturlar. Buna misal olaraq dünyada uçuşlara bələdçi olan məşhur planefinder.net portalını göstərmək olar.
Sayt Azərbaycana qarşı təxribat törədib. Belə ki, işğal olunmuş Azərbaycan əraziləri portalda "Dağlıq Qarabağ Respublikası" kimi göstərilib. Lakin sonra bu problem aradan qaldırıldı. Hazırda da sözügedən saytın məlum xəritələrində elə bir qondarma ada rast gəlinmir.