Əhaliyə dəyən ziyan
Düşmənin təxribatı nəticəsində 90 yaşayış binası, 1704 yaşayış evi, 327 mülki obyekt yararsız hala düşüb
Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayılıb.
Məlumata görə, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 327, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1704-dir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.