Sosial media
Düşmənin yeni qorxusu:"İti qovan"
Vətən müharibəsinin gedişində sosial mediada ən çox müzakirə olunan mövzulardan biri də mili Pilotsuz Uçuş Aparatı(PUA) olan “İti qovan” adlı dronların istehsala başlanması oldu. PUA Ali Baş Komandan İlham Əliyevin işğalçı orduya layiqli şəkildə cavab verilməsi ilə bağlı çıxışından sonra belə adla istehsal edildi. Prezidentin Azərbaycanın əzəli və tarixi torpaqlarını işğalda saxlayan mənfur düşmən ordusu haqqında "İti qovan kimi qovuruq onları" demişdi.
"İti qovan" PUA-ları qısa zamanda sosial şəbəkələrdə trendə çevrildi, insanlar qürur və fəxr hissi ilə Ordumuza daha bir üstünlük qazandıracaq bu yeni silahın görüntülərini paylaşırdılar.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.