Sosial media
Güneyli soydaşlarımızın Qarabağ sevinci
İkinci Qarabağ müharibəsi zamanı sosial mediada rezonans doğuran hadisələrdən biri də İranda yaşayan xeyli sayda soydaşımızın Araz çayının sahilinə gələrək əsgərlərimizi alqışlaması oldu.
Bununla bağlı sosial şəbəkələrdə yayılan foto və videogörüntülər trendə çevrildi. Hər kəs güneyli soydaşlarımızın bu jestini alqışlayır, "Yaşasın Azərbaycan əsgəri!" deyən İran azərbaycanlılarının sevincini paylaşırdı.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.