Sosial media
Hərbi cani Cəlal Arutyunyanın vurulması gündəm oldu
İkinci Qarabağ müharibəsi zamanı sosial mediada rezonans doğuran əsas hadisələrdən biri də Müdafiə Nazirliyinin yaydığı və UAZ markalı hərbi maşının vurulmasını əks etdirən video oldu. Bildirilirdi ki, avtomobildə keçmiş qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyan olub. Kadrlardan hərbi cinayətkar Arutyunyanın getdiyi UAZ avtomobilinin dəqiq zərbədən sonra tamamilə yandığı aşkar görünür. Görüntülərə uğurlu əməliyyat nəticəsində daha iki erməni zabitinin də məhv edilməsi düşüb.
Sosial şəbəkələrdə böyük sevinc hissi ilə qarşılanan bu video həmin gün gündəmə çevrildi. Hər kəs görüntüləri paylaşaraq bütün erməni hərbi cinayətkarların aqibətinin belə olacağını yazır, Ordumuza növbəti əməliyyatlarda uğurlar arzulayırdı.