Sosial media
Rəşad Sadıqovdan Orduya ianə
Vətən müharibəsi zamanı hər kəs Orduya dəstək olmağa çalışır, xalqımızın ayrı-ayrı nümayəndələri əlindən gələn yardım və sovqatlarını əsgərlərə göndərirdi. Həmin günlərdə sosial mediada gündəmə çevrilən paylaşım və fotolardan biri də məşhur futbolçu, Milli Komandanın keçmiş müdafiəçisi Rəşad Sadıqovun Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməsi oldu.
O fonda 50 min manat köçürdü ki, insanlar bu nümunəvi addımı sosial şəbəkələrdə paylaşaraq digər idman ictimaiyyətinə də çağırış etdi. Hazırda "Zirə" Futbol Klubunun baş məşqçisi olan mütəxəssis özü də ön cəbhəyə gedərək əsgərlərimizə mənəvi dəstəyini də nümayiş etdirdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.