Sosial media
Milli Qəhrəman Şükür Həmidov şəhid oldu
İkinci Qarabağ müharibəsi zamanı qazandığımız zəfərin əsas səbəblərindən biri də komandirlərin, yüksək rütbəli zabitlərin əsgərlərdən öndə getməsi oldu. Təəssüf ki, tapşırıqların icrasına birbaşa döyüş meydanında əsgərləri ilə çiyin-çiyinə dayanaraq nəzarət edən belə fəxrli komandirlərdən bəziləri düşmən gülləsinə tuş gəldi. Xalqımız şəhid olan həmin qəhrəman zabitlərimizi dərin hörmət hissi ilə yad etdi, bu gün də onların ruhuq arşısında baş əyir! Belə igid oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov idi.
O, şəhid olmazdan öncə doğulduğu Qubadlı rayonunun Armudlu kəndini görə bilmişdi. Vətənin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şükür Həmidovun ölüm xəbəri hər kəsi sarsıtdı, həmin gün sosial mediada ən çox paylaşılan xəbər və fotolardan biri də məhz Milli Qəhrəmanın doğma torpağı üçün canını fəda etməsi oldu.