17
Oktyabr

17 Oktyabr

Sosial media

Füzulinin tarixi və əzəli sahibinə qovuşması

İkinci Qarabağ müharibəsində ən ağır döyüşlərdən biri də Füzulinin azadlığı uğrunda baş tutdu. Şanlı Azərbaycan Ordusunun şəhəri tam şəkildə düşmən tapdağından azad etməsi xəbərini isə Ali Baş Komandan İlham Əliyev xalqa çatdırdı.

Onun Füzulinin azadlığı ilə bağlı xalqa müraciəti həmin gün sosial şəbəkələrdə rezonans doğurdu. İnsanlar qələbə sevinclərini yalnız küçə və meydanlara çıxmaqla deyil, virtual aləmdə etdikləri fəxr, qürur dolu paylaşımları ilə də qeyd edirdilər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.