07
Oktyabr

7 Oktyabr

Sosial media

Əsgərimizin Cəbrayılın mərkəzində qaldırdığı şanlı bayraq

Düşmən tapdağından azad edilən Cəbrayıl şəhərindən çəkilmiş müxtəlif fotolar sosial medianın gündəminə çevrilmişdi. Xalqımızın sosial şəbəkələrdə ən çox paylaşdığı məşhur görüntülərdən biri isə Azərbaycan əsgərinin Cəbrayılın mərkəzində bayrağımızı qaldıraraq keçmiş qondarma rejimin bayrağını ayaq altına alması oldu.

Həmin günlər hər kəs Azərbaycan Respublikasının dövlət bayrağının işğaldan azad olunan Cəbrayıl şəhərinin mərkəzində dalğalanması qürur və fəxr hissi ilə paylaşırdı.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.