Sosial media
Hadrutda əsgərimizin bayraq sevgisi
Ordumuz Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir neçə kəndlərini işğaldan azad etməsindən sonra sosial mediada Azərbaycan əsgərinin bayraq sevgisini əks etdirən növbəti foto yayıldı. İki hərbçinin Hadrut yazılan yol nişanına bayraq yapışdırmasını əks etdirən görüntü geniş şəkildə paylaşıldı.
Oktyabrın 9-da Prezident İlham Əliyevin xalqa müraciətində elan olunan bu xoş xəbərin ardınca hər kəs sosial şəbəkələrdə Hadruta aid fotoları yayırdı ki, onların arasında ən çox seçiləni məhz bu şəkil oldu.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.