22
Oktyabr

22 Oktyabr

Sosial media

Xarici İşlər nazirinin məğrur duruşu

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşü zamanı çəkilən foto sosial şəbəkələrin trendinə çevrildi.

Dağlıq Qarabağla bağlı atəşkəs razılaşmalarının icrasına dair aktual məsələlər müzakirə edildikdən sonra çəkilən fotoda Azərbaycan XİN rəhbərinin məğrur və mətin duruşu aşkar sezilir.

Sosial mediada fenomenə çevrilən şəkili hər kəs paylaşır, insanlar qalib ölkənin, tarixi torpaqlarını azad etməkdə davam edən orduya məxsus bir ölkənin xarici siyasətini müəyyənləşdirən belə məğrur nazirinin olmasından fəxarət hissi keçirdiyini yazırdı.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.