Vətən mahnıları
"Xudayar təsnifi"
Şəhid Xudayar Yusifzadənin oxuduğu "Vətən yaxşıdır" mahnısı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə keçirilən "Mənim atam qəhrəmandır" layihəsində şəhidin anası Radə xanım, şəhid övladları və digər iştirakçılarla birlikdə Anım Günü ərəfəsində Cıdır düzündə ifa edilib, şəhidlərimizin ölməz ruhları bir daha anılıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.