11
Yanvar

Vətən mahnıları

"Könlümün sevgili məhbubu mənim, Vətənimdir, Vətənimdir, Vətənim!"

Abbas Səhhətin məşhur“Vətən” şeiri “Bayatı Şiraz” muğamının üstündə bir çox görkəmli sənətçilər tərəfindən ifa edilib. Bəstə 1977-ci ildə bir məhəllə cocuğunun, sonralar “Qarabağ bülbülləri”ndən biri olan 14 yaşlı Tacirin ifasında bütün Azərbaycanın könlünü fəth edib. Sonralar Türkiyənin sabiq dövlət başçısı Süleyman Dəmirəl prezident seçilməmişdən əvvəl Bakıda səfərdə olarkən Sara Qədimovanın ifasında bu mahnın dinləyib. İfa Dəmirəlin çox xoşuna gəlib və prezident seçiləndən sonra o, Sara xanımla görüşüb. 

İllər sonra "Könlümün sevgili məhbubu mənim, Vətənimdir, Vətənimdir, Vətənim!" Qarabağın tacı Şuşanın Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalında gənc muğam ifaçısı Kənan Bayramlı tərəfindən səsləndirilib. Görkəmli sənərkarlarımızın səsləndirdiyi bir çox ifalar arasında qəlblərə ən çox toxunanı məhz “Bayatı-Şiraz” oldu desək, yanılmarıq.

Xanəndə, SSR xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilən “Xarıbülbül” beynəlxalq musiqi festivalı sonuncu dəfə 1992-ci ilin may ayında keçirilib. Şuşanın rəmzi sayılan xarıbülbül bitkisinin adını alan bu festival uzun illərdən sonra yenidən azadlığına qovuşmuş torpaqlarda təşkil edilib. 12-13 may 2021-ci il tarixlərində keçirilən musiqi bayramı cənab Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı baş tutub. Festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, eyni zamanda Azərbaycanımızın görkəmli mədəniyyət xadimlərinin, sənətkarlarımızın ifasında səslənən xalq və klassik musiqi nömrələri əsl bayram ab-havası yaradıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.