04
Oktyabr

4 Oktyabr

Sosial media

Ermənilərin Gəncə terroru: Alovlar içində bayrağı qoruyan gənc

Ermənistan Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişmiş, çox sayda insan yaralanməş, bir neçə tarixi tikiliyə isə ziyan dəymişdi. Məlum hadisə zamanı çəkilən Gəncə sakininin fotosu sosial şəbəkələrdə rezonans doğurdu. Belə ki, fotoda gəncin raket atılan bölgədə bütün təhlükələrə baxmayaraq Azərbaycan bayrağını sinəsinə sıxıb qoruduğu görünür.

Hətta Rusiyanın tanınmış “Dojd” media orqanı Ermənistanın Gəncəyə raket hücumu vaxtı Azərbaycan bayrağını qoruyan gəncin fotosunu günün fotosu seçdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.