İnformasiya müharibəsi
Ermənistan Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışır
Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının (PUA) vurulması ilə bağlı dezinformasiya yayıb. Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb.Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı mətbuata açıqlamasında deyib.
Polkovnik Vaqif Dərgahlı bildirib ki, əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını məhv etməkdə davam edir. PUA-larımızın döyüş fəaliyyəti ilə bağlı videogörüntülər mütəmadi qaydada ictimaiyyətə təqdim olunur.
“Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar”, - deyə V.Dərgahlı bildirib.