03
Noyabr

3 Noyabr

Əsgərimiz

Döyüş maşını komandiri kimi xüsusi fəallıq göstərən gizir

Gizir Əjdərli Sabit Mübariz oğlu işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə döyüş maşın komandiri kimi xüsusi fəallıq göstərib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, düşmənin canlı qüvvəsini və atəş vasitəsini məhv edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.