Əsgərimiz
Gənc zabitin dəqiq hesablamalarla verdiyi koordinatlar əsasında düşmən hədəfləri darmadağın edilib
Azərbaycan Silahlı Qüvvələrinin zabiti leytenant Salmanov Fəqan Rzalı oğlu döyüş meydanında şəxsi bacarığı ilə seçilən hərbi qulluqçulardandır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, onun dəqiq hesablamaları ilə verdiyi çox sayda hədəflər məhv edilib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.