04
Noyabr

4 Noyabr

Əsgərimiz

Düşmənə böyük itkilər verən zabitimiz 

Leytenant Düniyev Azad Vüqar oğlu igidliyi ilə seçilən zabitlərimizdəndir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə reaktiv artilleriya atəşi ilə düşmənin canlı qüvvəsini və atəş nöqtələrini məhv edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.