12:00 26.02.2024

Xocalılar yurdda: Evlərini öz əlləri ilə tikirlər


Uzun müddət sonra Malıbəyli kəndin də həyat dirçəldilir. 123 fərdi yaşayış evində gedən işlər üç istiqamət üzrə - təmir, bərpa və ya yenidən inşa olmaqla kateqoriyalara bölünür.

Malıbəyli kəndinin yenidən bərpasında iştirak edənlərin təqribən 60 faizi elə bu kəndin sakinləridir. Onlar doğma kəndlərində həm işlə təmin olunublar, həm də Malıbəylinin sakinləri olaraq onun qurulmasında iştirak edirlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.