09
Oktyabr

9 Oktyabr

İnformasiya müharibəsi

İrəvan "Peqov"un saxta məlumatlarının ümidinə qalıb

Ordusunun məğlub olduğunu anlayan Ermənistanın hərbi-siyasi rəhbərliyi acınacaqlı durumdan çıxış yolunu öz xalqını yalan məlumatlarla aldatmaqda görür. Erməni və dünya ictimaiyyətinə feyk xəbərlər verən İrəvan informasiya savaşında əcnəbi "jurnalistlər"in dezinformasiyalarından da istifadə edir.

Bunlardan biri “WarGonzo” internet layihəsi ilə tanınan və Dağlıq Qarabağ separatçılarının mövqeyini dəstəkləyən rusiyalı hərbi jurnalist Semyon Peqovdur. O daha çox Hadrut yalanı ilə gündəmə çevrilmişdi. Azərbaycan Ordusunun nəzarətinə keçən Hadrut qəsəbəsindən guya yeni fotolar çəkdiyini iddia edən Peqovun yaydığı məlumatların saxta olması isə tez bir zamanda üzə çıxdı. Peqovun iddialarının yalan olduğunu “Fact Check Karabakh” səhifəsi faktlarla sübuta yetirib.

"Jurnalist" iddia edirdi ki, çəkdiyi fotolar Hadrut azad olunandan sonraya aiddir və guya qəsəbə ermənilərin əlindədir. Bu saxta məlumatı erməni mediası geniş çəkildə yayırdı. “Fact Check Karabakh” səhifəsi isə sübut etdi ki, Peqovun hər iki fotosundakı bəzi detallar onun 6 oktyabrda Hadrutdan paylaşdığı video reportajda əks olunubmuş. Bu isə fotoların saxta olması anlamına gəlir

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.