08
Oktyabr

8 Oktyabr

"Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır."
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də "Tvitter" hesabında paylaşıb.
08
Oktyabr

8 Oktyabr

Prezident İlham Əliyev oktyabrın 8-də "Tvitter" hesabında növbəti paylaşımını edib: "Ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır."
08
Oktyabr

8 Oktyabr

"Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə, münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk",- Prezident İlham Əliyev oktyabrın 8-də "Tvitter" hesabında yazıb.
08
Oktyabr

8 Oktyabr

"Dünya gözümüzün qabağında dəyişir. Biz bunu əsas götürməliyik. Bu gün münaqişənin fəal fazaya keçdiyi və kimin nizamlama potensialına malik olması aşkar görünür."
Prezident İlham Əliyev oktyabrın 8-də "Tvitter" hesabında bu sözləri paylaşıb.
08
Oktyabr

8 Oktyabr

Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 8-də "Tvitter" hesabında paylaşım edib: "Bax, nizamlama potensialına malik olan, ləyaqətinə, ədalətliliyinə, səmimiyyətinə görə Azərbaycanın hörmət etdiyi ölkələr uzunmüddətli sülhün qarantları olacaqlar."
08
Oktyabr

8 Oktyabr

Prezident İlham Əliyev oktyabrın 8-də "Tvitter" hesabında növbəti paylaşımı edib:
"Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün çirkin əməllərə əl atır. Döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur."
08
Oktyabr

8 Oktyabr

Müzəffər Ali Baş Komandan oktyabrın 8-də daha bir tvit paylaşıb: "O bölgələrdə yaşayan soydaşlarımız möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər."
08
Oktyabr

8 Oktyabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də "Tvitter" hesabında Ermənistanın müharibə cinayətləri haqqında paylaşım edib:
"Erməni silahlı qüvvələrinin bizim şəhərlərimizi və kəndlərimizi ballistik raketlərlə atəşə tutması müharibə cinayətidir. Buna görə Ermənistan rəhbərliyi məsuliyyət daşımalıdır."
08
Oktyabr

8 Oktyabr

"Bizim sözümüz imzamız qədər keçərlidir."
Bu sözləri Prezident İlham Əliyev oktyabrın 8-də "Tvitter" hesabında paylaşıb.
08
Oktyabr

8 Oktyabr

"Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir." Prezident İlham Əliyev oktyabrın 8-də rəsmi "Tvitter" hesabında bu sözləri paylaşıb.
08
Oktyabr

8 Oktyabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də "Tvitter" hesabında işğal olunmuş ərazilərdən düşmən qoşunlarının çıxarılması barədə paylaşım edib:
"Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir."
08
Oktyabr

8 Oktyabr

"Ermənistanın ünvanına əsas mesaj budur ki, biz Ermənistanın torpağında deyilik, biz öz torpağımızdayıq." Bu sözləri Prezident İlham Əliyev "Tvitter" hesabında yazıb.