04
Noyabr

4 Noyabr

Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev noyabrın 4-də "Tvitter" hesabında paylaşım edib:
"Bizim müasir silahlarımız və yüksək döyüş ruhumuz var. Biz kimin kim olduğunu, Ermənistanın “məğlubedilməz ordusu”nun əfsanə olduğunu sübut etdik. Onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir."
04
Noyabr

4 Noyabr

"Ermənistan mülki şəxslərə hücum etməklə Azərbaycanda xaos və panika yaratmaq istəyirdi. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilmədi. İtkilərimiz olsa da, bu, bizim iradəmizi sındırmadı. Əksinə, bizi daha güclü etdi."
Bu sözləri Ali Baş Komandan İlham Əliyev noyabrın 4-də öz "Tvitter" hesabında paylaşıb.
04
Noyabr

4 Noyabr

Prezident İlham Əliyev noyabrın 4-də işğaldan azad edilmiş yeni ərazilər haqqında paylaşım edib:
"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"