30
Oktyabr

30 Oktyabr

Prezident İlham Əliyev oktyabrın 30-da "Tvitter" hesabında işğaldan azad edilmiş ərazilər haqqında paylaşım edib:
"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"