22
Oktyabr

22 Oktyabr

Prezident İlham Əliyev oktyabrın 22-də "Tvitter" hesabındakı paylaşımında Ermənistanın törətdiyi ekoloji terrora toxunub: "Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib. Biz o torpaqları yenidən həyata qaytarmalıyıq. Artıq işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanmışdır."
22
Oktyabr

22 Oktyabr

Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 22-də azad edilmiş ərazilər haqqında növbəti tviti paylaşıb:
"Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
22
Oktyabr

22 Oktyabr

"Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Bu sözləri Prezident İlham Əliyev rəsmi "tvitter" hesabında paylaşıb.
22
Oktyabr

22 Oktyabr

Prezident İlham Əliyev oktyabrın 22-də "Tvitter" hesabında Ağbəndin işğaldan azad edilməsi barədə paylaşəm edib:
"Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!"
22
Oktyabr

22 Oktyabr

"Eşq olsun müzəffər Azərbaycan Ordusuna!"
Prezident İlham Əliyev oktyabrın 22-də "Tvitter" hesabında növbəti paylaşımı edib.