20
Noyabr

20 Noyabr

Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də "Tvitter" hesabında paylaşım edib:
"Biz bu günlərdə xalqımızın, ölkəmizin yeni, şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Biz bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik."
20
Noyabr

20 Noyabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də "Tvitter" hesabında Ağdamın işğaldan azad edilməsi barədə paylaşım edib:
" Əziz həmvətənlər! Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz."
20
Noyabr

20 Noyabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də "Tvitter" hesabında Azərbaycan Ordusunun yaralı əsgər və zabitləri barədə paylaşım edib:
"Yaralı əsgər və zabitlərimizin reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır. Onlar daim diqqət mərkəzində olacaq."
20
Noyabr

20 Noyabr

"Biz Cənubi Qafqazda ədavətə son qoyulmasında, normal, işgüzar münasibətlər qurulmasında maraqlıyıq."
Bu sözləri Prezident İlham Əliyev noyabrın 20-də "Tvitter" hesabındakı paylaşımında qeyd edib.
20
Noyabr

20 Noyabr

Prezident İlham Əliyev noyabrın 20-də "Tvitter" hesabında etdiyi növbəti paylaşımında Azərbaycanın siyasi qələbəsi və Ağdamın azad edilməsi məsələsindən bəhs edib:
"Bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi uğurumuzdur."
20
Noyabr

20 Noyabr

Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyev noyabrın 20-də "Tvitter" hesabında işğaldan azad edilmiş Ağdam rayonu barəsində növbəti paylaşımını edib:
"İndi Ağdam üçün yeni dövr başlayır. Ağdam gələcək planlarımızda xüsusi yer tutur. Çünki həm ərazi, həm əhali baxımından böyük rayondur. Biz Ağdamı da bərpa edəcəyik. Vətəndaşlara qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək."
20
Noyabr

20 Noyabr

"Bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə münaqişə öz həllini tapmayıb. BMT Nizamnaməsinə görə hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik."
Bu sözləri Prezident İlham Əliyev noyabrın 20-də "Tvitter" hesabındakı paylaşımda qeyd edib.