19
Oktyabr

19 Oktyabr

Prezident İlham Əliyev oktyabrın 19-da "Tvitter" hesabında Ermənistan tərəfindən humanitar atəşkəsin pozulmasına dair paylaşım edib:
"Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00.02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub."
19
Oktyabr

19 Oktyabr

"Bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib."
Bu sözləri Ali Baş Komandan öz "Tvitter" hesabında paylaşıb.
19
Oktyabr

19 Oktyabr

Prezident İlham Əliyev oktyabrın 19-da "Tvitter" hesabında işğaldan azad olunmuş yeni ərazilər haqqında məlumat yayıb:
"Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!"