Zəfərin yolu
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanunu təsdiq edib.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən qərara alır:
Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2020-ci il.
Xocavənd rayonunun Tsakuri kəndi Hünərli kəndi adlandırılıb
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə əsasən qərara alır:
Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2020-ci il.
Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıblar.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab Prezident.
Sülh və birgəyaşayış dəyərlərini yüksək qiymətləndirən, eləcə də Sizə dost ölkə olan Şri-Lanka Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə qarşı barbar hücumları, həmçinin mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsini pisləyir. Bu, insanlıq əleyhinə cinayətdir. Ermənistanın məsuliyyətsiz və amansız raket hücumları nəinki insan tələfatına səbəb olub, hətta infrastruktura böyük ziyan...