04
Noyabr

4 Noyabr

Media

Gürcüstanın nüfuzlu report.ge informasiya portalı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dünyanın aparıcı KİV-lərinə müsahibələrindən materiallar yaymaqda davam edir.

Azərbaycan Prezidentinin müsahibələrinə istinadən yayılan materiallarda deyilir: “Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik”.

Digər bir məlumatda Azərbaycan Prezidentinin erməni mifini necə ifşa etdiyi əksini tapıb: “Ermənilər Gəncə və Bərdə şəhərlərində terror hadisəsi törətməklə xalqı qorxutmağa çalışırdılar, lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər”.

Daha bir məlumat isə Ali Baş Komandanın özünün “Tvitter” səhifəsində etdiyi paylaşımla əlaqədardır.

Mətbuat dövlətimizin başçısına istinadən müzəffər Ordumuzun daha bir neçə yaşayış məskənini düşmən işğalından azad etməsi barədə oxuculara məlumat çatdırır.

Həmin materiallar oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində çatdırılır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.