22
Oktyabr

22 Oktyabr

Media

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçla görüşündə və Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi, eləcə dövlətimizin başçısının “Twitter” səhifəsindəki paylaşımları barədə müxtəlif xəbərlər yaymaqda davam edirlər.

Gürcüstanın nüfuzlu report.ge, 24news.ge, palitranews.ge, aktual.ge və daha bir neçə informasiya portallarında oxuculara Azərbaycan Prezidentinin fikirləri Azərbaycan, rus, ingilis və gürcü dillərində çatdırılır.

Mətbuat şanlı Ordumuzun qələbələri, işğal altında olan torpaqlarımızın azad edilməsi, erməni mifologiyasının dağıdılması və Azərbaycan-Gürcüstan münasibətləri, TAP layihəsi üzrə işlərin qrafik üzrə uğurla davam etməsi və digər məsəllərlə bağlı açıqlamalarına geniş yer veriblər.

Materiallarda Azərbaycan Prezidentinin “Erməni faşistlərini belini qıraraq bölgəmizi böyük fəlakətlərdən və faciələrdən qurtaracağıq” ifadəsi gürcü oxucuların daha çox marağına səbəb olub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.