09
Oktyabr

9 Oktyabr

Hərəkət xəritəsi

Azərbaycan Ordusu Hadrut qəsəbəsini və bir neçə kəndi azad etdi

Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir.

Ordumuz Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sor kəndini, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndlərini, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərini və Tərtər rayonunun Çaylı kəndini işğaldan azad edib.

Döyüş əməliyyatları davam edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.