Hərəkət xəritəsi
Azərbaycan ordusu Zəngilan şəhəri və rayonun 5 kəndini, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndini işğaldan azad edib
Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir.
Qoşunlarımızın keçirdiyi hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı(Vəng) kəndləri azad edilmişdir.
Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub və bir neçə yaşayış məntəqəsini azad edib. Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri, Həkəri qəsəbəsi və Zəngilan şəhəri işğaldan azad edilib.
Döyüş əməliyyatları davam edir.