06
Noyabr

6 Noyabr

Əsgərimiz

Top komandirinin verdiyi atəş komandasını sərrast atəşlə yerinə yetirən baş tuşlayıcı

Əsgər Qəmbərov Əlxeybər Hümbət oğlu baş tuşlayıcı kimi topu tez bir zamanda hədəfə tuşlayır və top komandirinin verdiyi atəş komandasını sərrast atəşlə yerinə yetirir.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.