11
October

11 Oktyabr

Gecə ərzində düşmənə atəş zərbələri endirilib 

Oktyabrın 10-dan 11-nə keçən gecə bütün cəbhəboyu vəziyyət gərgin sabit olub.

Müdafiə Nazirliyi bildirib ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Gecə ərzində düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alınıb.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində...

11
October

11 Oktyabr

Ermənistana məxsus daha bir PUA məhv edilib

Oktyabrın 11-i səhər saat 08:00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

11
October

11 Oktyabr

Düşmənin qüvvə və vasitələri məhv edilib 

İtirdikləri mövqeləri geri qaytarmaq məqsədilə oktyabrın 10-dan 11-nə keçən gecə humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq hücuma keçməyə cəhd göstərən düşmənin qüvvə və vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilib.

11
October

11 Oktyabr

Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib

Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.

Müdafiə Nazirliyindən bildirilib ki, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.