Sosial media
"ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytrallıq nümayiş etdirməli və oda benzin tökməməlidir."
Bu fikri Fransa Senatında Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alən Uper şəxsi “Tvitter” hesabında paylaşıb.
Senator Fransa prezidentini onsuz da gərgin olan vəziyyəti daha da qızışdırmamağa çağırıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.