05
Noyabr

5 Noyabr

Sosial media

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi “Tvitter” səhifəsində Qubadlının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxını paylaşıb.

“30 il ərzində erməni vandalizmi nəticəsində bir çox turistik məkanlarımız viran edilib. Qələbədən sonra Qarabağın turizm potensialı inkişaf etdiriləcək”, - deyə Fuad Nağıyev qeyd edib.

Çarxda Qubadlının gəzməli-görməli yerləri, o cümlədən XIX əsrə aid olan məşhur “Hacı Bədəl körpüsü”, 1867-ci ildə Bərgüşad çayının üzərində altı oval, üstü düz bir formada inşa edilən Laləzar körpüsü, ХVIII əsrə aid edilən Məmər kəndindəki tarixi məscid, Azərbaycanın səkkizguşəli türbələri arasında unikal formaya malik “Gürcülü türbəsi”, Sarıbulaq, Paşa bulağı, Şirin bulaq, Məşhədi Allahverdi bulağı kimi müalicəvi bulaqlar, VI və VII əsrlərə aid alban abidələri, Qubadlının simvolu hesab edilən özünəməxsus qoç heykəllər və qoç qəbir daşları, V əsrə aid Göy Qala, Qalalı kimi qədim qalalar haqqında məlumatlar təqdim olunur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.