04
Oktyabr

4 Oktyabr

Sosial media

"Qardaş Azərbaycan xalqına keçmiş olsun diləklərimi çatdırır, haqlı davalarında yanlarında olduğumuzu xatırladıram."

Bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu özünün rəsmi “Tvitter” səhifəsində paylaşıb.

K.Kılıçdaroğlu bildirib: “Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Gəncə şəhərinə və oradakı dinc əhalini hədəf alan xain hücumlarını şiddətlə qınayıram. Qardaş Azərbaycan xalqına keçmiş olsun diləklərimi çatdırır, haqlı davalarında yanlarında olduğumuzu xatırladıram”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.