Törədilən cinayətlər
Ermənilər Cəbrayılda tarixi abidələri dağıdıb
27 il ərzində işğal altında olan Cəbrayıl şəhərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb. Həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyətləri həyata keçirilib.
Bununla bağlı “Azersky” peyki vasitəsilə əldə olunmuş təsviri “Azərkosmos” ASC yayıb.
Bildirilir ki, Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyəti Azərbaycanın digər işğal altında olan torpaqlarında davam edir. “Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir.
Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.