
Zəfərin yolu
Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən bu günədək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası təqdim edilib.
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 42 nəfər həlak olub, 206 nəfər isə xəsarət alıb.
16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyn valideynləri Anar Əliyev və Nurçin Əliyevanı Gəncəyə atılan raket hücumu nəticəsində itiriblər.
Xatırladaq ki, terror hadisəsi nəticəsində həmçinin körpə Nilay da hər iki valideynini itirib. Onun atası Ülvi Ələsgərov, babası Ceyhun Əsgərov və nənəsi Təranə Əsgərova Gəncəyə raket hücumu nəticəsində həlak olub. Anası Əliyeva Günay xəstəxanada həyatını itirib.